XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

24 Sentyabr 2019 - 19:36

Birinci Vitse-prezident aktrisaya mənzil hədiyyə edib:"Xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram"

Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

Strateq.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb:

“Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemimi – evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar.

Hamınızın arzularınıza çatması diləyi ilə”.