XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

01 Oktyabr 2019 - 19:40

Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb –FOTO

Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir. 

Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.

Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib.

V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib/Report.