XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Fevral 2016 - 10:33

Azərbaycanlı gənc Fransanı heyran etdi – [color=red]VİDEO

Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

Strateq.az oxu.az-a istinadən xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz Özara adlı həmyerlimiz ifası ilə münsif heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.

Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır.

Həmvətənimizin Fransanın “The Voice” şousunda çıxışını təqdim edirik: