XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

03 Noyabr 2019 - 13:50

Dmitri Medvedev Bakıda anadan olan yazıçının yubileyini təbrik edib

Rusiyanın Baş naziri Dmitri Medvedev yazıçı Leonid Zorini 95 illik yubileyi münasibətilə təbrik edib.

Müvafiq təbrikin mətni Nazirlər Kabinetinin saytında dərc edilib.

Baş nazir vurğulayıb ki, Zorin həmişə teatrsevərlərin səmimi marağına və alqışlarına səbəb olan pyeslərin müəllifidir.

Medvedev, həmçinin Zorinin ssenariləri əsasında çəkilən filmlərin Rusiya kinosunun ən yaxşı əsərlərindən olduğunu qeyd edib.

Dramaturq, nəsr yazıçısı Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (İndiki Bakı Dövlət Universiteti – red.) bitirib. Daha sonra yazıçı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsinə daxil olub.

L.Zorin “Karnaval”, “Varşava təranələri”, “Dion” pyesi kimi məşhur olan digər dram, roman və kitabların müəllifidir. /Report