Tamil (Cənubi Hindistan) kino ulduzu Vişal Krişna “Action” filminin çəkilişləri zamanı bir neçə dəfə xəsarət alıb.
Bu barədə aktyor “Asian Age” nəşrinə məlumat verib.
“Ümid edirəm ki, buna dəyən film alınıb”, – V.Krişna deyib.
Nəşr yazıb ki, Türkiyə və Azərbaycanda çəkilən filmdə Hindistan kinosunun ən maraqlı səhnələrindən bəziləri lentə alınıb.
Məlumata görə, film yaxın aylarda nümayiş olunacaq/Report.