XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

05 Noyabr 2019 - 21:24

Çernobıl faciəsi ilə bağlı yeni film çəkiləcək:"Əvvəlki filmdə bəzi hadisələr təhrif olunub"

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov “Rosatom” dövlət şirkətinə 1986-cı ildə Çernobıl AES-də baş verən hadisələri olduğu kimi canlandıracaq filmin yaradılmasını təklif edib.

TASS agentliyi xəbər verir ki, V.Cabarov İngiltərənin AES-lə bağlı hadisələri öz ekran əsərində təqdim edərkən təhrifə yol verdiyini söyləyib.

O deyib: “Bu yaxınlarda “Çernobıl” filmi işıq üzü görüb. Çoxları bu filmə baxıb. Bədii cəhətdən maraqlı olan bu ekran əsərində baş verən qəzada bəzi hadisələr təhrif olunub. Təəssüflə demək istəyirəm ki, cavanlar bu hadisəni görsəydilər filmə düzgün qiymət verərdilər”.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib/Azərtac.