XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2019 - 17:23

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlib –İmza günü keçiriləcək

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlib.

O, siması olduğu brendin Bakıda yeni mağazasının açılışında iştirak edəcək.

Aktyor “Park Bulvar” ticarət mərkəzində pərəstişkarları ilə görüşəcək. Noyabrın 29-u saat 18:00-da isə “Park Bulvar”ın 1-ci mərtəbəsində O.Kaynarcanın imza günü keçiriləcək.

Xatırladaq ki, o, “Kurtlar Vadisi” və “Eşkiya dünyaya hökmdar olamaz” seriallarında oynadığı rollarla məşhurlaşıb/Report.