XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2019 - 15:39

Xalq artisti Rafael Dadaşov reanimasiyaya yerləşdirildi –Qızı danışdı

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

Strateq.az Lent.az-a istinadla xəbər verir ki, 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova atasının vəziyyətinin yaxşı olmadığını bildirib:

“Atamın vəziyyəti yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.