XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 23:59

Qızıl Qlobus film mükafatının nominasiyaları açıqlanıb

Netflix-də yayımlanan “Evlilik Hekayəsi” filmi bazar ertəsi 6 kateqoriya üzrə Qızıl Qlobus mükafatına nominasiya edilib. Film Martin Skorsezenin 5 nominasiya alan yeni qanster filmi “İrlandiyalı”-nı geridə qoyub.

Bu iki film “Ən yaxşı dram filmi” kateqoriyasında Birinci Dünya Müharibəsinə həsr olunan “1917”, komikslərin canisi “Coker” və Roma papaları haqda “İki Papa” filmləri ilə yarışacaq.

“Ən yaxşı komediya” və “Ən yaxşı müzikl” mükafatına Eddi Mörfinin geri dönüş filmi olan “Dolemit Mənim Adımdır”, Nasist Almaniyası haqda “Coco dovşan”, Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi və digərləri namizəddir.

Apple kanalının debutu olan “Səhər Şousu” serialı da builki nominasiyalar arasındadır.

Qızıl Qlobus mükafatının təqdimetmə mərasimi yanvarın 5-də Los Anceles şəhərində baş tutucaq.

Netflix həm televiziya serialları, həm də filmlər arasındakı nominasiyalarda üstünlük təşkil edərək, hər iki sahədə 17 nominasiyaya layiq görülüb.

Robert De Nironun “Ən yaxşı aktyor” mükafatına namizəd görülməməsi böyük təəccübə səbəb olub. Onun yerinə bu kateqoriyada “Evlilik Hekayəsi”-nin baş rol ifaçısı Adam Drayver, “Coker” filminin ulduzu Hoakin Feniks və “Ağrı və Şöhrət” filminə görə Antonio Banderas nominasiya edilib. (amerikaninsesi.org)