XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 17:16

Əl-Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir –VİDEOLAR

Əl-Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl-Cəzirə “Musafir” proqramında yayımı davam edir.

Strateq.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən tədbirdə məlumat verilib.

Qeyd olunub ki, filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır.

Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan Əl-Cəzirə “Musafir” proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər noyabrın 26-dan başlayaraq hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir. Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq böyük marağa səbəb olub. Filmin Naxçıvanla bağlı növbəti bölümü dekabrın 21-də Bakı vaxtı ilə saat 20.30 da nümayiş etdiriləcək:

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. “Ümumilikdə filmlər ölkəmiz haqqında mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan “Musafir”in peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm, bəlkə də yanılmaram. Proqramın məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir.

BAMF Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru Mustafa Suag, əməkdaşları İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”- deyə Umud Mirzəyev bildirib.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini ərəb dünyasına çatdıran aparıcı Hazim Abuvaftanın ifadələrini belə şərh edib: “Abuvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən bu yerlərdən olması məni təəccübləndirmir” – ifadələrindən istifadə edərək tamaşaçıları belə bir möhtəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır”.

Filmləri bu linklərdən izləmək olar: