Azərbaycan memarları Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Memarlıq Müsabiqəsində Qran-pri qazanıblar.
“Report” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 200-dək iştirakçının qatıldığı müsabiqədə memar Nəriman İmaməliyev və Kamal Musaxanov müxtəlif nominasiyalar üzrə 1-ci yerin qalib olaraq Qran-pri qazanıblar.
Memar Rasim Babakişiyev isə 2-ci yeri tutub.
Nəriman İmaməliyev müsabiqəyə “DOST Mərkəzi”nin binasını, Kamal Musaxanov “Vurğun Residence” (Cahangir Axundovla birgə) layihəsini, Rasim Babakişiyev isə restavrasiya nominasiyası üzrə İçərişəhərdə yerləşən “Şah Palace” otelinin memarlıq layihəsini təqdim edib.