XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

14 Yanvar 2020 - 18:19

Xalq artisti Mənsum İbrahimov:"Özümü deputat kürsüsündə görmürəm"

“2019-ci ilin son konserti üçün Türkiyədəydim. Konsertin səhəri günü jurnalistlərdən mənə zəng gəldi ki, millət vəkili olmaq niyyətindəsiz. Çox təəccübləndim, çünki heç bir siyası partiyanın üzvü deyiləm”.

Strateq.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

O, bildirib ki, bu xəbəri eşidən hər kəs ona dəstək olmaq istəyib: “Hər kəsə, xüsusilə Qarabağ əhalisinə təşəkkürümü bildirirəm. Amma hələ ki, özümü deputat kürsüsündə görmürəm. Çünki muğamla bağlı reallaşdırmaq istədiyim bir çox layihələrim var. Düzdür, müəyyən tranplin açılır, amma buna baxmayaraq, mən istədiyim tribunadan fikirlərimi rahatlıqla səsləndirə bilirəm. İctimai xadim olaraq sözümü deyirəm. Yaradıcı insan olaraq gedib orada oturmağım ancaq işimə mane olacaq. Təbii ki, parlamentdə mədəniyyət xadimlərinə də ehtiyac var, amma mən istəmirəm. Seçkilərdə iştirak etmək hər bir kəsin haqqıdır, amma son söz vətəndaşındır. İndiyə kimi bizim bölgəmizdən olan bütün millət vəkillərindən razıyam. Ola bilsin, sakinin gözləntisi daha böyük olsun, amma hər bir insanın görə biləcəyi iş var. Mən çalışıram ki, hər şeyə real baxım”.