XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 17:36

Rusiya Kinematoqrafçılar İttifaqının sədri:“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq”

“Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlamağa hazırıq”.

Bunu filmin rejissoru və ssenari müəllifi, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov deyib.

Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən “Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.

“Biz regionda vəziyyətin sabitləşməsini gözləyirik. Təəssüflər olsun ki, Yaxın Şərqdə vəziyyət sabitləşmək bilmir. Bu səbəbdən də hələ çəkilişlərə başlamırıq. Lakin hər bir hazırlıq görülüb. Əlverişli şərait yaranan kimi filmin çəkilişlərinə başlayacağıq. Bu məsələ məndən asılı deyil. Bircə onu deyə bilərəm ki, biz çəkilişlərə hazırıq”, – deyə N. Mixalkov vurğulayıb.

Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib: “Filmin çəkilişlərinin Qriboyedovun olduğu yerlərdə, Azərbaycan, İran və Gürcüstanda aparılması planlaşdırılır”.

APA