XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 18:47

Xalq artisti Əlibaba Məmmədov:"90 yaşlı adam necə olarsa, mən də eləyəm”

“Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunduğumu sizdən eşidirəm”.

Strateq.az xəbər verir ki, bunu “Report”a açıqlamasında sabah 90 yaşı tamam olan Xalq artisti Əlibaba Məmmədov deyib.

O, təltif edilməsinə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Onlar hər zaman mənim sənətimə yüksək qiymət veriblər. Bu diqqət və qayğıdan çox razıyam. Bunu heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam. Sağ olsunlar”.

Xalq artisti səhhəti ilə bağlı da danışıb: “Yaşla əlaqədar səhhətimdə bəzi çətinliklər var, amma özümü yaxşı hiss edirəm. 90 yaşlı adam necə olarsa, mən də eləyəm”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Sabah onun 90 illik yubileyidir.

Prezident İlham Əliyev fevralın 4-də Əlibaba Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.