XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

13 Mart 2020 - 15:18

“Maqomayev hər şeydə istedadlı idi” –Miloş Bikoviç

“Müslüm Maqomayev, sadəcə, müğənni deyildi, o, hər şeydə istedadlı idi”.

Bunu “Rossiyskaya qazeta”ya açıqlamasında Rusiya serialı olan “Maqomaev” serialında çəkilən serbiyalı aktyor Miloş Bikoviç deyib.

Aktyorun sözlərinə görə, Müslüm Maqomayevin repertuarından ən sevdiyi mahnılar “Melodiya”, “Mənə zəng et”, “Durnalar” və “Piterskaya küçəsi boyunca”dır.

O, həmçinin serialın bir hissəsinin çəkildiyi Azərbaycanın heyrətamiz ölkə olduğunu söyləyib.

“Ölkə çox gözəl və parlaqdır. Ancaq yalnız Bakını görə bildim, indi oradakı başqa yerlərə getməyi arzulayıram. Orada həm şüşəli göydələnlərin, həm də XVI əsr türk memarlığı incilərinin olması çox xoşuma gəlir”, – aktyor bildirib.

M.Bikoviç Azərbaycanda insanların çox qonaqpərvər və mehriban olduğunu da vurğulayıb: “Dərhal hiss edirsən ki, bu, qədim tarixə malik ənənədir”.

Qeyd edək ki, “Maqomayev” serialının premyerası martın 9-da Rusiyanın Birinci kanalında baş tutub.

Rejisorlar Dmitri Turin və Roman Prıqunov tərəfindən çəkilmiş ekran əsərində böyük sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi canlandırılıb. Çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılmış serialda T.Sinyavskaya məsləhətçi olaraq töhfəsini verib.

Müslüm Maqomayev rolunu serbiyalı aktyor Miloş Bikoviç canlandırıb. Serialda həmçinin İrina Antonenko, Svetlana Ustinova, Alyona İvçenko, Aleksandr Nesterov, Alina Alekseyeva və başqaları çəkilib. (report)