XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2020 - 13:15

Kann kinofestivalı təxirə salındı

Cari ilin 12 may – 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.

Bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu – iyulun əvvəlində keçirilməsi müzakirə olunur.

“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir. (report)