Amerikalı pop müğənni Madonna “Instagram” səhifəsində Koronavirusla bağlı video paylaşıb.
Strateq.az “Instagram”-a istinadla xəbər verir ki, hamam otağında, vannada çılpaq oturmuş müğənni bəşəriyyətin aqibəti haqqında düşüncələrini pərəstişkarları üçün paylaşıb.
“Bundan sonra necə yaşayacağıq? Harada yaşayacağıq? Dünyanın aqibəti necə olacaq?” – deyə Madonna ritorik suallar verib.
Müğənninin sözlərinə görə, “Koronavirus həm gözəl, həm də qorxuncdur, çünki bütün bəşəri bərabərləşdirib”.
Madonna onu da qeyd edib ki, indi insanlar eyni qayıqda üzür və o boğulursa, hamı suyun dibinə gedəcək.