XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

24 Mart 2020 - 20:50

“Ceyms Bond” 145 milyonluq sərvətini kimə vəsiyyət edib? –"İstəmirəm ki..."

“Ceyms Bond” filmlərinin ulduz aktyoru Daniel Kreyq ölümündən sonra bütün sərvətini xeyriyyəçiliyə sərf edilməsini vəsiyyət edib.

Strateq.az “Daily Mail”-ə istinadla xəbər verir ki, Kreyq mirasın xoşagəlməz bir problem olduğunu düşünür. 52 yaşlı aktyor 145 milyon dollarlıq sərvətindən doğmaları üçün heç nə saxlamaq istəmir.

Aktyorun ilk arvadından 28 yaşlı bir qızı və hazırkı ömür-gün yoldaşı Reyçel Vaysdan bir uşağı var.

Ceyms Bondu bir obraz kimi sevmədiyini deyən Kreyq, bununla belə, məşhur casus serialında rol aldığına görə özünü bəxtəvər sayır.