XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2020 - 23:32

“Ulduz müharibələri” filminin aktyoru koronavirusdan öldü –Həyat yoldaşı isə karantindədir

Səhnə nitqinin danışığı üzrə britaniyalı müəllim, “Ulduz müharibələri” filmində mayor Kaluan Emmata rolunu oynamış aktyor Endrü Cek 76 yaşında koronavirusdan ölüb.

Bu barədə aktyorun nümayəndəsi Djill Makkalouya istinadən “Evening Standard” nəşri bildirib.

“O, bu səhər Çertsidə Müqəddəs Pyotr xəstəxanasında COVID-19-dan öldü”, – Makkalou qəzetə açıqlamasında deyib.

Makkalou həmçinin əlavə edib ki, Endrü Cekin xanımı Qabriel Rojers hazırda Avstraliyada karantindədir. O, əri ilə vidalaşa bilməyib.

Endrü Cek “Ulduz müharibələri” filmində mayor Kaluan Emmata rolunu oynayıb/Report.