XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 08:25

Bayram tətili günlərində uşaqlarımusiqili-əyləncəli proqram gözləyir

saray reqs

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili-əyləncəli proqram ilə sevindirəcək.

Sarayın mətbuat xidmətindən azertag.az-a bildirilib ki, Novruz bayramı münasibətilə martın 22-23-də sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, çərşənbələr və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu və musiqili qonaqların çıxışını izləyə biləcəklər.

Biletləri şəhərin kassalarından əldə etmək olar.