XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 12:32

Balabanın UNESKO siyahısına daxil olunması üçün müraciət edildi –Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyə 4 obyektin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edib.

“Daily Sabah” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat verib.

Qeyd olunur ki, onlardan biri milli, digərləri çoxmillətlidir.

Çoxmillətli ərizələr sırasında çay mədəniyyəti, Azərbaycanla birlikdə balaban (nəfəsli alətin hazırlanması ustalığı və ifaçılıq sənəti) və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Türkmənistanla əməkdaşlıq şəklində Xoca Nəsrəddin lətifələri təklif olunub. (report)