XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 14:00

Cahandar ağanın “oğlu” dünyasını dəyişdi:Rejissor Fikrət Əliyev vəfat edib

 

fikret

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

“Report” xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, rejissor bu gün günorta saatlarında Əmircan qəbirsanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq. Xatırladaq ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O,"Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.

 “Dəli Kür” filmində Şamxal rolunu ifa edib.

 

 

fikrett