XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 16:02

Məşhur rejissor koronavirusdan vəfat etdi –Birlikdən açıqlama

Rusiyalı rejissor İvan Şoqolev koronavirus infeksiyasının qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Rusiya Kinematoqrafçılar Birliyi yayıb.

“Peşə dövrü ərzində İvan Şoqolev bir çox şey edə bildi. O, kino və televiziya sahəsində çox işləyib, gələcək planlarında maraqlı layihələr var idi”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, 59 yaşlı İ.Şoqolev “Amerikalı baba”, “Demək olar ki, ailə detektivi”, “Morozova”, “Svetoçnaya küçəsində kabus” və s. filmlərin rejissoru olub/Report.