XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 12:24

Aktrisanın süpürgəçini təhqir etməsi hiddət doğurub –Prokurorluğa şikayət

İranlı kinoaktrisa Səhər Qüreyşinin sosial şəbəkədə yayımladığı video böyük təpki doğurub.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, Tehrandakı parkda rəfiqələri ilə gəzintiyə çıxmış aktrisanın özündən yaşca böyük təmizlik işçisi ilə təhqiramiz rəftarı etirazlara səbəb olub.

Əynindəki libasın park işçisinin xidməti libası ilə eyni rəngdə olduğunu söyləyərək onunla məzələnən Səhər Qüreyşi Tehran bələdiyyəsinin də təpkisi ilə qarşılaşıb.

Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani “İnstaqram” səhifəsində şəhər rəhbərliyinin kinoaktrisadan prokurorluğa şikayət edəcəyini açıqlayıb.

“Səhər Qüreyşinin bələdiyyənin özündən yaşca böyük bələdiyyə parkı işçisi ilə rəftarı qəbuledilməzdir. Bu anormal hərəkətin cəmiyyətdə normaya çevriləcəyindən qorxuludur”, – deyə Fərahani akkauntundakı postda qeyd edib.