XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2020 - 22:19

Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı:"6,7 milyon avro xərclənəcək"

Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.

Bu barədə NL “Times” portalı bildirib.

Qeyd edilir ki, müsabiqənin bu il planlaşdırıldığı həmin yerdə – “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

Nəşr qeyd edib ki, Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.

““Eurovision”un təşkilatçıları koronavirusun yayılması təhlükəsi ilə əlaqədar müsabiqənin bu il keçirilməsini ləğv ediblər. Daha sonra iştirakçıların yeni mahnılarla 2021-ci ildə çıxış etmələri barədə qərar qəbul edilib/Report.