XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 15:15

“Zaman adlı qatar”ınqala-gecəsi oldu

kino

 

Nizami Kino Mərkəzində rejissor Kənan Musayevin “Zaman adlı qatar” filminin qala-gecəsi keçirilib.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, təqdimat mərasimində rejissor filmin 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkildiyini deyib. Bildirib ki, film bütün analara həsr edilir və hər şeydən əvvəl ana sevgisinin dəyəri barədə danışır.

Yaradıcı kollektivin üzvləri çıxışlarında filmin müasir Azərbaycan kinematoqrafiyasının parlaq hadisəsi olacağına və ölkənin kino sənayesinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiklərini söyləyiblər.

Sonra film təqdim edilib.

Filmdə Xalq artistləri Həmidə Ömərova, İlham Əsgərov, Əməkdar Artist Suğra Bağırzadə, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Şəhriyar Əbilov və digərləri çəkiliblər. Bu, İlham Əsgərovun filmdə son rolu olub. Əməkdar İncəsənət Xadimi Ayaz Salayev ilk dəfə olaraq aktyor kimi debüt edib.

Filmin ideya müəllifi Kənan Musayev, ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Yura Varnovski, bəstəkarı İnarə Rəsulova, baş prodüseri Valeri İlişayevdir.

Qeyd edək ki, martın 31-dən film şəhərin bütün kinoteatrlarında nümayiş olunacaq.