XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 12:24

Aqil Abbas:"Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın..."

“Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər başa düşə bilmirəm. Qavalı sevirik, amma kitaba nifrət edirik. Belə getsə başa düşə də bilməyəcəm”. 

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Ağcabədidə 105 nəfər kitabxanalarda çalışan insan var: “Kənd kitabxanalarını ləğv etdilər. İndi də belə bir qərar gəlib ki, 35 nəfər ixtisar olunmalıdır. Prezident yeni iş yerləri açır, ancaq bunlar işçiləri ixtisar edirlər. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub? Hazırda Mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Ancaq Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın. İxtisar olunası o qədər yer var”/Report.