XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2020 - 17:16

Rejissor Rza Rzayev yeni film çəkdi:"PANDEMİYA" (VİDEO)

Tanınmış aktyor və rejissor Rza Rzayev yeni film çəkib.

Strateq.az xəbər verir ki, “Pandemiya” adlanan film son vaxtlar bütün bəşəriyyəti silkələyən məlum mövzuya – pandemiya bəlasına həsr edilib.

Çünki bu pandemiya fəlakət olmaqla yanaşı, insan həyatının bütün sahələrini bürüyən kəskin böhranı da ortaya çıxardı. Bu baxımdan onun fəlsəfi, düşündürücü əhəmiyyəti böyükdür.

O, bütün dünyanın siyasi-iqtisadi dayaqlarını silkələdi, mövcud ictimai münasibətləri uçurub yenilərinin yaranma zərurətini meydana çıxardı, insan azadlığı ilə onun yaşam zərurəti arasındaki ziddiyəti gücləndirdi, “sosial məsafə”, “sosial və özünütəcrid “, “özünənəzarət”, “şəxsi məkanı tərk etməmək” anlayışlarını meydana gətirdi.

Xeyirlə Şər arasındaki əzəli-əbədi mübarizə yeni müstəvidə, yeni formada təzahür etməyə başladı. Antihumanizmin qlobal dominant düşüncə və həyat tərzinə çevrilməsi insan varlığının “olum-ölüm” dilemmasını daha da kəskinləşdirdi.

Rejissor Rza Rzayevin təqdim olunan “Pandemiya” adlı filmi bu yeni mübarizə formasını, həyatı qoruyub saxlamaq üçün ictimai münasibətlərin yenidən şəkillənməsi zərurətini, cəmiyyətin bütün dairələrində və eləcə də insanın ruh həyatında laqeydlik, hərislik, xudbinlik, məsuliyyətsizlik, təkəbbür, intizamsızlıq və s. kimi xüsusiyyətlərin artıq yanlız sadəcə mənəvi naqisliklər, neqativ mental xüsusiyyətlər deyil, həm də insanın fiziki məhvini, ölümünü şərtləndirən Şər vasitələri olduğunu əks etdirir.

Film göstərir ki, əsas ölüm təhlükəsi pandemiyanın özündə deyil və cəmiyyət sağlam ümmumineti ilə hər hansı virusun xaricdən gətirdiyi ölüm təhlükəsinin qarşısını ala bilər. Ölüm pandemiyaya qədərki cəmiyyətdə, onun ictimai münasibətlərində, fərdlərinin mənəviyyatında naqislik və eybəcərliklərin cəmləşib yetişməsindədir.

Cəmiyyət orqanizmi daxildə öz ölümcül xəstəliklərini daşıyır. Pandemiya kəskin bir xarici amil olaraq sadəcə daxildə yetişən bu ölümü üzə çıxarır.

Xatırldaq ki, filmin ssenari müəllifi, quruluşçu rejissoru və quruluşçu rəssamı Rza Rzayev, quruluşçu operatoru Raid Abbasov, mətn müəllifi Arzu Əsəd, bəstəkarı Firudin Allahverdi, baş prodüserləri Rövşən Tağıyev və Rza Rzayev, layihə rəhbəri Rüstəm Əliyev, ikinci rejissoru Bəhruz Vaqifoğlu, redaktoru isə Günay Ardadır.