XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 17:28

Xalq artisti Muxtar Maniyevin sağ ayağı amputasiya edilib –Xəstəxanadan açıqlama

muxtar-maniyev

Azərbaycanın xalq artisti Muxtar Maniyevin sağ ayağı, dizdən yuxarı amputasiya edilib.

Bu barədə "Report" Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzindən verilən məlumata istinadən xəbər yayıb.

Mənbə M.Maniyevin şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib: "Onun vəziyyəti yenidən ağırlaşıb. Huşu pozulub".

Həkim bildirib ki, xəstə sağ ayağının dabanında və baş barmağında yaranan xoraya görə əməliyyat olunub.

80 yaşlı xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ötən il aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.