XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 12:12

“Netflix” platformasında “Epidemiya” serialı nümayiş olunacaq

Rusiyalı rejissor Pavel Kostomarovun çəkdiyi “Epidemiya” serialı “Netflix” platformasında 12 dildə nümayiş olunacaq.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə layihənin prodüseri Valeri Fyodoroviç özünün “Facebook” səhifəsində yazıb.

Film Moskvanı ölülər şəhərinə çevirən və heç kəsə məlum olmayan yeni bir virusdan bəhs edir. Filmin süjet xətti şəhərdə elektrikin olmaması, pulun dəyərini itirməsi, virusa yoluxmayanların isə yemək və benzin uğrunda mübarizəsi üzərində qurulub.

Rollarda Kirill Kyaro, Viktoriya İsakova, Mariana Spivak, Aleksandr Robak, Yuri Kuznetsov, Anna Mixalkova və başqaları iştirak edir.