XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 18:26

Ermənilər Füzulidə qəbiristanlığa mərmi atıb –Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. 

Mədəniyyət Nazirliyindən Strateq.az-a verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.