XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2020 - 19:21

Yapon müğənni Azərbaycana dəstək verdi:"Yaşa, Yaşa, Azərbaycan!"

Yapon müğənni Kyoko Yamamoto “Facebook” sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumata verilib.

“İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim.

2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın. Yaşa, Yaşa, Azərbaycan!”, – müğənni bildirib.