Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor təyin edilib.
Mədəniyyət Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Fariz Əhmədov təyin olunub.
Xatırladaq ki, bu təyinata qədər Nazim Hüseynov “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsini icra edirdi.