XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 11:19

Aşıq Məhəmməd Sadaxlıvəfat etdi

Məhəmməd Sadaxlı

Martın 25-də görkəmli Borçalı aşığı, ustad sənətkar  Məhəmməd Sadaxlı vəfat edib.

Apa.az-ın Gürcüstan bürosunun məlumatına görə, aşıq  Məhəmməd Sadaxlı 1930-cu ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olub.

Əvvəllər Borçalının məşhur aşığı Xındı Məmməd ilə birgə çıxış edən Məhəmməd Sadaxlı ustad sənətkardan klassik aşıq sənətinin incilərini öyrənib.  Sonra o, aşıq Hüseyn Saraclı ilə Azərbaycan xalq dastanlarını el məclislərində yüksək sənətkarlıqla ifa edib. Hər iki aşığın ifa etdikləri dastanlar Azərbaycan radio və televiziyasının  qızıl fondunda saxlanılır. Aşıq Məhəmməd Sadaxlı Mədəniyyət Evində çoxlu sayda məktəblilərə aşıqlıq sənətini sevdirib, onlara klassik aşıq havalarını öyrədib.

Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunu, xüsusilə dastanlarımızın bilicisi idi. Onun məşhur dastan ifaları folklorşünas alimlərimiz tərəfindən lentə yazılıb. O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ edib.Aşıq Məhəmməd Sadaxlı, həmçinin məzmunlu qoşmalar müəllifi kimi el içində məşhur olub. Onun kitabda nəşr olunan şerləri oxucuların rəğbətini qazanıb.

Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri keçirilib. Məhəmməd Sadaxlı  həmçinin "Şərəf" ordeni ilə təltif edilib.