XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

28 Mart 2016 - 18:55

Prezident İlham Əliyev və xanımı yazıçının məzarını ziyarət etdi –FOTOLAR

ilham-mezar-maqsud

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Strateq.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı verdilər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və xanımına minnətdarlıq edib.