XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 12:57

Aşıq Azərin vəziyyəti pisləşdi, təcili Türkiyəyə aparılır –Açıqlama

asiq-azer5

Tanınmış aşıq Azər Xanlaroğlunun vəziyyəti pisləşib. O, sabah Türkiyəyə aparılacaq.

Bu barədə aşıq özü məlumat verib:

“Ayağımda yaranmış kəskin şişlə bağlı burada konkret qərar verə bilmədilər. İstanbulda da sağalacağıma söz vermirlər. Sabah məni Türkiyəyə aparacaqlar. Allahdan ümid kəsilməz. Hazırda bədənimdə piylənmə dayanıb. Pəhriz saxlayıram. Əsas narahatçılığım ayağımla bağlıdır. Bəlkə də Allahın mənə yazığı gələr, şəfa taparam”(AzVision.az).

Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi – kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.