XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 18:57

Rusiyanın nüfuzlu “НТВ” kanalınınnümayəndələri Azərbaycanda

NTV

Rusiyanın “НТВ” telekanalında hər həftə yayımlanan “Поедем, поедим!” kulinar-etnoqrafik verilişində respublikanın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub.

Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.

Bu məqsədlə martın 28-dən aprelin 1-dək Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və paytaxtın digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq.