Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.
Bu barədə Mədəniyyət Nazirliyindən Strateq.az-a bildirilib ki, vaxtilə mədəniyyətin müxtəlif sahələrində çalışmış bu gənclər adlarını Azərbaycanın tarixinə ədəbi həkk etmiş igidlərdir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilmiş qəhrəman mədəniyyət işçilərinin xatirəsini ehtiramla yad edirik:
Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;
Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;
Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;
Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;
Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.
Vətən torpağı şəhidləri ilə ucalır!”.
Allah rəhmət eləsin!