XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 15:55

Gəncədə ilk kinoteatr açılır- “CinemaPlus Xəmsə”

Gəncə sakinlərinin uzun zamandır gözlədiyi yenilik nəhayət reallaşmaq üzrədir.

Azərtac xəbər verir ki, Azərbaycanın premium kinoteatrı “CinemaPlus” ilk dəfə olaraq ölkənin ikinci ən böyük şəhəri Gəncədə “Xəmsə Park” adlı məkanda yeni inşa etdiyi “CinemaPlus Xəmsə” kinoteatrının qapılarını şəhər sakinlərinin və tamaşaçıların üzünə açmağa hazırlaşır.

“CinemaPlus Xəmsə” ən müasir proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunub. Kinoteatrda xarici ölkələrin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək. Beş zaldan ibarət olan “CinemaPlus Xəmsə” 461 tamaşaçı tutumuna malikdir.

Kinoteatrın dizaynını dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti hazırlayıb.

“CinemaPlus” MMC paytaxtdan başqa digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlk olaraq Gəncə şəhərində iki kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılmasına və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaq.