XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 15:23

Rza Deqqəti:"Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib"

“Təəssüf ki, dünyada Xocalı soyqırımı kimi faciələr çox olub və mən bunların bəzilərinə şahidlik etmişəm”.

Bunu Heydər Əliyev Mərkəzində mətbuat nümayəndələri ilə görüşü zamanı dünyaca məşhur fotoqraf Rza Deqqəti deyib.

O, Xocalı faciəsinin həm də bir gecədə baş verdiyi üçün dəhşətli olduğunu deyib: “Qadınların qarnının kəsilməsi, uşaqların öldürülməsi, insanların diri-diri gözlərinin çıxarılması nağıl deyildi, bunu mənə faciənin şahidləri, iştirakçılar danışırdılar”.

Xocalı soyqırımını dünyaya çatdırdığı üçün dəfələrlə ermənilərin təhdidi ilə üzləşdiyini deyən R. Deqqəti təzyiqlərin indi də davam etdiyini vurğulayıb: “Azərbaycanda işlədiyim bu 4 ay  müddətində Fransada 3 layihəm ləğv edilib. Ermənilər bu müharibədə uduzduqdan sonra indi də informasiya müharibəsinə başlayıblar. Onların da qurbanlarından biri mənəm. Bununla belə, haqq söz deməkdən çəkinməyəcəm. Hesab edirəm ki, mən Azərbaycan tarixinə bağlıyam, ona görə də bu işləri görməyi özümə borc bilirəm. Və hazırda bütün işlərimi kənara qoyub yalnız Qarabağın işğaldan azad edilmiş ərazilərini kəndbəkənd çəkib tarixə köçürmək və daha sonra bunun əsasında sərgi, sənədli film etmək istəyirəm”. 

O, Azərbaycanda şəhid uşaqlarına foto dərsləri keçmək niyyətində olduğunu da qeyd edib: “Daha sonra bu uşaqların şəkillərindən ibarət sərgi keçirmək istəyirəm. Ümumiyyətlə, gələcəkdə Şuşada böyük bir foto sərgi keçirməyi düşünürəm. Çünki prezidentin də dediyi kimi, Şuşa mədəniyyət paytaxtı elan edilib, buna görə də Şuşada nəhəng bir foto sərginin keçirilməsi yaxşı olardı”. 

Dünya şöhrətli fotoqraf Qarabağ müharibəsində istifadə etriyi fotokamerasını satışa çıxaracağını, əldə edilən gəliri “YAŞAT” Fonduna köçürəcəyini deyib/APA.