XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 13:06

İlhamə Quliyevanın ölüm səbəbi məlum oldu –Ekspertiza açıqladı

ilhame bas

Xalq artisti İlhamə Quliyevanın ölümü bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aparılan kimyəvi və toksikoloji ekspertizaların nəticələrinə görə, xalq artistinin zəhərlənməsinə dair iddialar öz təsdiqini tapmayıb.

İlkin müayinələrlə müəyyən edildiyi kimi, xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Qeyd edək ki, İ. Quliyeva fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. Onun oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin olunub.