XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 20:45

Naxçıvan Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək –Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyi tamam olur.

Bildirilib ki, Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülmüş, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilmiş, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır.

Bu gün tariximizin və milli dəyərlərimizin təbliği, günümüzün real mənzərəsinin yaradılması və vətənpərvərlik tərbiyəsi Naxçıvan rəssamlarının yaradıcılığında əsas yer tutur.