XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 11:08

“Ermənilərin içində yaşayan adam kimi deyirəm ki,…” –Xalq artistindən Qarabağ açıqlaması

mubariz-tagiyev

“Əlbəttə indi hamımız müharibə istəyirik. Deyirik, gərək müharibə dayanmayaydı, amma dövlətin öz siyasəti var. Yəqin belə məsləhət olub”.

Bunu xalq artisti, tanınmış estrada müğənnisi Mübariz Tağıyev bildirib. 

Onun sözlərinə görə, atəşkəs bərpa olunmasaydı, bəzi dövlətlər bundan Azərbaycana qarşı istifadə edəcəkdilər:

“Onları pozmaq olmaz. Biz də dövlət olaraq həmin müqavilələrə riayət etməliyik. Düşünürük ki, məsələ müsbət həll olunsun. Amma mən ermənidən bunu gözləmirəm. Ermənilər vaxt udmaqla məşğuldur”. 

Xalq artisti hesab edib ki, erməni işğalı altından olan torpaqlar sülh yolu ilə həll olmayacaq: “Mən buna inanmıram. Ermənilər elə bir millətdir ki, onlar sülh-zad bilmir. Mən bunu onların içində yaşayan adam kimi deyirəm”. 

AzNews.az