XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2016 - 15:57

Ceyhun Mirzəyevin xatirəsi yad edildi- FOTO

14604571196553450323_1000x669

Aprelin 12-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvləri tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar olaraq onun məzarını ziyarət ediblər.

Kinostudiyadan Azərtac-a bildirilib ki, anım mərasimində çıxış edən Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, Əməkdar Artist Elxan Qasımov C.Mirzəyevin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açıblar.

Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunda anadan olub. Mərhum sənətkarın 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlıdır. İlk rolu 11 yaşında “Görüş” filmində olub. On iki yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb. C.Mirzəyev “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün 100-dən artıq süjet çəkib.

Görkəmli kino ustasının son filmi “Fəryad”dır. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru olub, həm də həmin ekran əsərində aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb. C.Mirzəyev 1993-cü il martın 5-də qəflətən dünyasını dəyişib.