Ötən ay 1 saylı şəhər Kliniki Xəstəxanasında əməliyyat olunan tanınmış diktor, xalq artisti Sabir Ələsgərli yenidən əməliyyat olunacaq.
Bu barədə Publika.az-a açıqlama verən diktor bu gün, ya da sabah əməliyyat olunacağını deyib:
“Həkimin zəngini gözləyirəm, bu gün, ya sabah əməliyyat olunmalıyam. Keçən dəfə böyrək əməliyyatı keçirdim, indi də prostat vəzindən əziyyət çəkirəm. Əməliyyatdan sonra danışarıq”.
Əməliyyat Tibb Universitetinin cərrahiyyə şöbəsində olacaq.