XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 11:56

“Molla Nəsrəddin” jurnalının110 illiyi qeyd edildi

14611327061575347261_1000x669

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm…” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə jurnalın 25 ildə 748 nömrəsi işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.

Konfransda “Molla Nəsrəddin” jurnalı və ədəbi ictimai mühit”, “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü”, “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” və digər mövzularda məruzələr dinlənilib(azərtac).