XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 13:45

Kazanda “İlahi oyun”

ilahioyun.jpg

Tanınmış rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Dədə Qorqud” dastanı əsasında hazırlanmış “İLAHİ OYUN” əsəri Kazan şəhərində tamaşaçılara təqdim ediləcək.

Bu barədə məlumatı “Savalan” Mistiq Qrupunun rəhbəri, tamaşada Dədə Qorqud rolunu canlandıracaq Novruz Novruzlu verib. N.Novruzlu onu da əladə edib ki, 2015-ci il 3-6-iyun tarixlərində Kazan şəhərində keçiriləcək “Novruz-2015” festivalı çərçivəsində ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları təmsil edəcəklər. Xatırladaq ki, tamaşada digər obrazları Ozan Ata (Vidadi Həsənov), Ozan Ana (Nigar Güləhmədova), Ozan Oğul (Pərviz Məmmədrzayev) canlandıracaqlar.

Onu da qeyd edək ki, “İLAHİ OYUN” tamaşası iyun ayının 16 və 25 tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında göstəriləcək.

Strateq.az