XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 18:09

Rumıniya “Eurovision-2016”da iştirak edə bilməyəcək –Səbəb açıqlandı

tvr-ruminiya-kanali

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı “European Broadcasting Union” şirkəti Rumıniyanın TVR1 ictimai televiziya kanalını müsabiqəyə üzvlükdən çıxarıb.

Bu da o deməkdir ki, Rumıniya “Eurovision-2016” mahnı müsabiqəsində iştirak edə bilməyəcək. Eyni zamanda, TVR1 müsabiqəni Stokholmdan canlı yayımlamaq hüququnu da itirib.

Qərarın verilməsinə səbəb TVR1 kanalının “European Broadcasting Union”a 16 milyon İsveçrə frankı məbləğində borcunun olmasıdır.

Azərtac