XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2016 - 23:02

ABŞ-ın 20-dən çox telekanalında nümayiş olunan Azərbaycan filmləri –VİDEOLAR

azerbyacan-film-abs

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5yeni sənədlifilmekranlaşdırılıb. Filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a daxil olan məlumata görə, filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizinmultikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarınınsülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.

Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətliə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə  vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana dair güclü maraq və rəğbət hissi oyada bilir. 

Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub.

Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.

Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib.Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWSşirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilətanınmaqdadır.

Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.

Filmlərin qısa video-çarxlarına bu linklər vasitəsilə baxmaq olar: