XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 12:24

Əməkdar artist ona hədiyyə verilən bayrağı evinin damına asdı-FOTO

agalarin evi

Əməkdar artist Ağalar Bayramovun evi

Bir neçə gün bundan əvvəl Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbdə Azərbaycan ordusuna dəstək məqsədi ilə Əməkdar artist Ağalar Bayramov və hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının iştirakı ilə "İgid əsgər, möhkəm dayan" adlı tədbir keçirilib.

 Tədbirdə Xəzər rayon ictimaiyyəti, rayon idarə və təşkilat rəhbərləri, hərbi ekspert Üzeyir Cəfərov, rayon məktəblərinin şagird, müəllim kollektivi və son döyüşlərdə şəhid olmuş əsgərimiz Kamran Şirəliyevin valideynləri iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb və Ağalar Bayramovun "Azərbaycan Bayrağı" adlı şeirinin ifası ilə davam edib. Şagirdlərimizin səsləndirdikləri "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, keç səngəri, Azərbaycan əsgəri", "Biz hamımız Mübarizik" şüarları tədbir boyu davam edib.

Strateq.az-a daxil olan məlumata görə, tədbirdən sonra əməkdar artist Ağalar Bayramova məktəb rəhbərliyi tərəfindən Azərbaycan bayrağı hədiyyə olunub. Ağalar bayramov öz növbəsində ona hədiyyə olunan bayrağı evinin damından asıb və bu haqda özünün facebook səhifəsində status paylaşıb. Statusu oxucularımıza təqdim edirik: 

"Bu gun Suraxanıda yaşadığım evimdən canım Azərbaycan bayrağını dalğalandırdım! Bir daha enməz! Qələbənə inanıram, Azərbaycan əsgəri! Bu bayraq Sənin eşqinə dalğalanır! Hər səhər bu bayrağa salam verməklə Səni salamlayıram, Azərbaycan əsgəri! Mən inamsız yaşaya bilmərəm! İnam ölsə, mən də ölərəm!"

 

ORDUYA DƏSTƏK - "İGİD ƏSGƏR MÖHKƏM DAYAN " - VİDEO

Strateq.az